
Çinin bəzi bölgələrində dünən yağan leysan yağışlarının səbəb olduğu daşqınlar infrastruktura ciddi zərər vurub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin cənub-şərqindəki Hubei vilayətininYingshan mahalında təbii fəlakətin səbəb olduğu fəsadların görüntüləri yayılıb.
Görüntülərdə məcrasından çıxan çayın kənarındakı evlərin sel sularına təslim olduğu və yollarda hərəkətin tamamilə kəsildiyi görünür.