Analitik: “Putin ABŞ-ın “Yeni Amerika əsri” geosiyasi layihəsini dağıdır”
Bizi izləyin

Dünya

Analitik: “Putin ABŞ-ın “Yeni Amerika əsri” geosiyasi layihəsini dağıdır”

“Baltikyanı dövlətlərdə NATO-nun hərbi qruplaşmasının gücləndirilməsi yolu ilə Rusiyanın sərhədlərinə hərəkət edən Vaşinqton Moskvanın artan nüvə arsenalını öz yolunda ciddi maneə kimi görür”.

Publika.az RİA agentliynə istinadən xəbər verir ki, bu barədə sabiq hind diplomatı və siyasi analitik Melkulanqara Bxadrakumar bildirib.

O qeyd edir ki, Polşa, Rumıniya, Latviya, Litva, Bolqarıstan və Estoniyada ağır hərbi texnikanın yerləşdirilməsi, beləliklə də, Şimali Atlantika İttifaqının (NATO) genişlənməsi Pentaqonun strateji planının bir hissəsidir.

Ekspertin fikrincə, ABŞ özünün ən böyük Qərb müttəfiqləri vasitəsilə Rusiya ilə qarşıdurmanın modelinə keçir. Bu ölkələrin üzun müddət Rusiya ilə qarşıdurmadan çəkindiyini deyən analitik hazırda Ağ Ev və NATO-nun tandem yaratdığını bildirib.

“Rusiyanın Birləşmiş Ştatlarların hegemonluğunu şübhə altına almasına Vaşinqton səbir edə bilmir. Moskvanın beynəlxalq səhnədə müstəqilliyi yalnız Vaşinqtonun regional strategiyalarının reallaşdırılmasına mane olmur, həm də suveren siyasət həyata keçirməyə çalışan başqa ölkələr üçün “pis nümunə” olur. Rusiyanın nüvə arsenalını artırmaq cəhdi ABŞ-ın “Yeni Amerika əsri” geosiyasi layihəsinin reallaşdırılması ilə bağlı ABŞ-ın cəhdlərinə əngəl törədir. Artıq “Soyuq müharibə” dövründəki təmkinliyin saxlanılması siyasəti Vaşinqton üçün əlverişli deyil”, - hind siyasi analitik söyləyib.

Siyasi müşahidəçi həmçinin qeyd edir ki, “yaxınlaşan fırtına” Avropa və Asiyanın cənubunda təhlükəsizlik üçün ciddi nəticələr doğuracaq. Onun sözlərinə görə, Hindistanla həmsərhəd olan ölkələrdə Amerikanın raketdən müdafiə sistemlərinin yerləşdirilməsi artıq regionda ciddi problemə çevrilib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl Qərbə sərt mesajlar verib. O, bu il ərzində Rusiya ordusunun nüvə arsenalına 40-dan çox yeni qitələrarası ballistik raketin daxil ediləcəyini deyib. Rusiya liderinin sözlərinə görə, bu raketlər dünyanın istənilən raketdən müdafiə sistemini aşa biləcək gücdə olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm