Nyu-Yorkda 1 ton fil dişi məhv edildi
Bizi izləyin

Dünya

Nyu-Yorkda 1 ton fil dişi məhv edildi

ABŞ-ın Nyu-York şəhərinin Times Meydanında fil dişi və fil dişindən hazırlanan məhsulların məhv edilməsi üçün mərasim təşkil edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Balıqlar və Canlı Təbiət İdarəsi (USFWS) ilə Canlı Həyatı Mühafizə Cəmiyyəti adlı təşkilatların keçirdiyi mərasim qeyri-qanuni ovçuluq və fil dişi ticarətinə etiraz məqsədi ilə təşkil olunub.

Mərasimdə fil dişi ilə yanaşı, Nyu-York və Filadelfiyada ələ keçirilən bəzi vəhşi heyvanlara aid hissələr də nümayiş etdirilib. ABŞ-ın heyvan haqları müdafiəçiləri bildirirlər ki, fil dişi ticarəti Afrika fillərini nəsillərinin kəsilməsi təhlükəsi ilə qarşı-qarşıya qoyub. USFWS-ə görə, Afrikada hər il 35 minə yaxın fil dişləri üçün öldürülür.

Əməliyyatda ələ keçirilən 1 ton fil dişi və fil dişindən hazırlanan məhsullar məhv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm