Fətullah Gülənin ölüm xəbəri yayıldı
Bizi izləyin

Dünya

Fətullah Gülənin ölüm xəbəri yayıldı

Türkiyənin bir sıra yerli saytları ABŞ-ın Pensilvaniya ştatında yaşayan tanınmış din xadimi Fəthullar Gülənin səhhəti barədə xəbərlər yayıblar.

ANS PRESS-in məlumatına görə, bəzi yerli mənbələr F.Gülənin reanimasiyada olduğunu, bəziləri isə öldüyünü bildirir.

Bu xəbərlərin yayılmasının əsas mənbəyi türkiyəli tanınmış jurnalist Ömər Adıyamanın tvitter səhifəsində bir neçə gün əvvəl onun reanimasiyada olduğu barədə yazdığı tvitlər olub.

Türkiyə hökuməti ilə uzlaşa bilməyən din xadiminin üst tənəffüs yolu infeksiyasına (farinks və larinks) tutulduğu da yayılan xəbərlər arasındadır.

Onu da qeyd edək ki, F.Gülənə yaxın mənbələr də xəbərin doğru olub-olmadığı barədə heç bir açıqlama yaymayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm