Avropa polisi mitinqdə 60 nəfəri saxladı
Bizi izləyin

Dünya

Avropa polisi mitinqdə 60 nəfəri saxladı

Bratislavada polislə mitinq iştirakçıları arasında toqquşma olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, toqquşmada 60 nəfər saxlanıb.

Polisin məlumatına görə, mitinq iştirakçılarının həbsinə səbəb onların polis avtomobillərini əzməsi və veloyürüşlərə tamaşa edənlərə hücum çəkmələri olub.

Mitinq “Facebook” sosil şəbəkəsi vasitəsilə təşkil olunub. Narazılığa başlıca səbəb Avropa İttifaqının üzv ölkələri immiqrantlarla bağlı kvota qəbul etməyə çağırması olub.

Slovaklar və Avropa İttifaqının bəzi digər üzvləri də, o cümlədən Fransa, Macarstan və Polşa bu tələbə qarşıdır. Tələbə görə onlar hazırda İtali və Yunanstanda olan 40 min qaçqını qəbul etməlidirlər.

Avropa İttifaqı sözügedən məsələni növbəti həftə keçirəcəyi sammitdə müzakirə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm