İŞİD Kobaniyə qayıdır: onlarla ölən var
Bizi izləyin

Dünya

İŞİD Kobaniyə qayıdır: onlarla ölən var

Ötən gecə İŞİD terror təşkilatı müxtəlif istiqamətlərdən gizlincə YPG-nin (PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı) nəzarətində olan Kobaniyə daxil olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD silahlıları ilə YPG arasında toqquşma baş verib.

Qarşıdurma zamanı güclü partlayış olub. Hücumun məqsədi tam olaraq məlum deyil. Ancaq İŞİD-in YPG-in Rakkaya doğru irəliləyişini dayandırmaq üçün hücum etdiyi təxmin edilir. İŞİD silahlılarının şəhərə YPG-nin hərbi geyimləri ilə daxil olduqları bildirilir. Şəhər əhalisinə evlərdən çıxmaması üçün çağırış edilib.

Şəhərin 3 nöqtəsində baş verən silahlı qarşıdurmada ilkin məlumatlara görə, 12 nəfər ölüb, ən az 70 nəfər yaralanıb. Yaralıların Türkiyəyə gətirildiyi və Suruçda onlara ilk tibbi yardım edildiyi bildirilir. Vəziyyəti ağır olanlar Şanlıurfaya aparılıb. Partlayışdan sonra bir qrup suriyalı Türkiyənin sərhədinə toplanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm