İstidən ölənlərin sayı 1000-i keçdi - FOTO
Bizi izləyin

Dünya

İstidən ölənlərin sayı 1000-i keçdi - FOTO

Pakistanda istidən ölənlərin sayı 1000 nəfəri ötüb.

Publika.az xəbər verir ki, təkcə Karaçi şəhərində 950-dən çox adam ölüb. Həmçinin digər vilayətlərdə 50-dən çox adamın öldüyü xəbər verilir. Ramazan ayının başlanğıcından bu yana regionda güclü istilər düşüb.

Ötən istirahət günlərində Karaçidə 45 dərəcə isti olub. Adının çəkilməsini istəməyən rəsminin sözlərinə görə, günvurmadan 40 mindən çox adam xəstələnib və onların 8000-dən çoxu xəstəxanaya düşüb. İyunun 25-də Karaçidə isti 37 dərəcəyə düşüb.

Hökumət şəhərdə 100 tibbi mərkəz yaradıb.

Ölkənin nüfuzli dini xadimi iyunun 24-də bəyan edib ki, xəstə və zəifləmiş insanlar oruc tutmaya bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm