Jirinovskidən seks qadağası
Bizi izləyin

Dünya

Jirinovskidən seks qadağası

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski deputatlara məzuniyyət müddətində intim əlaqədən, alkoqoldan və tütündən uzaq olmağı məsləhət görüb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir k, LDPR lideri bunların orqanizm üçün təhlükəli olduğunu bildirərək onlara öz məsləhətlərini də verib:

“Cinsi əlaqə, tütün və spirtli içki orqanizm üçün təhlükəlidir. İndi yay mövsümüdür, meyvə-tərəvəzlə qidalanın, ətdən istifadə etməyin, orqanizminiz dincəlsin”.

O həmçinin öz həmkarlarını Rusiyada dincəlməyə çağırıb. Bildirib ki, digər iqlim qurşaqlarında insanlar istidən ölürlər. Ən yaxşı istirahət yeri elə Rusiyadır. Jirinovski özünün də Krımda dincələcəyini deyib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm