Dünya
Türkiyədə sərnişin avtobusuna silahlı hücum: yaralılar var
Türkiyənin Mersin vilayətində naməlum silahlı şəxslər şəhər daxili reyslə hərəkət edən avtobusa hücum ediblər. Motosikletlə ictimai nəqliyyata yaxınlaşan 2 nəfər maskalı şəxs hərəkət halında olan avtobusa tapançadan atəş açıblar.
Hadisə nəticəsində avtobusun sürücüsü boynundan və sinəsindən,
29 yaşlı bir sərnişin isə əlindən və ayağından yaralanıb. Məlumata
görə, ağır xəsarət alan sürücü heç bir qəza törətmədən avtobusu
yolun kənarında saxlamağa müvəffəq olub.
Yaralılar dərhal yaxınlıqda olan xəstəxanalara çatdırılıblar.
Vəziyyəti ağır olan sürücünün həyatı üçün təhlükənin davam etdiyi
bildirilir.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları cəlb olunub və faktla
bağlı araşdırmalara başlanılıb. /anspress/
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"