İrəvanda ər xəstəxanada arvadını güllələdi - VİDEO
Bizi izləyin

Dünya

İrəvanda ər xəstəxanada arvadını güllələdi - VİDEO

İrəvan Perinatalogiya, Mamalıq və Ginekologiya İnstitutunda intihar hadisəsi baş verib.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, qeysəriyyə əməliyatı ilə uşaq dünyaya gətirən qadın xəstəxanada həyat yoldaşı tərəfindən vurulub, kişi daha sonra intihar edib.

Hadisədən beş dəqiqə sonra palataya daxil olan tibb bacıları kişinin cansız bədəni ilə qarşılaşıblar. Boyun hissəsindən vurulan qadının vəziyyəti isə ağır qiymətləndirilir.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Məlumata görə, kişinin üzərində iki tapança olub. O, atəş zamanı birindən istifadə edib, digərini isə cibində saxlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm