• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

III Dünya müharibəsinin ssenariləri: qələbə, yoxsa “oyun”un sonu?

  • Dünya
  • 2 İyul 2015 14:38
  • 1 258 Baxış
III Dünya müharibəsinin ssenariləri: qələbə, yoxsa “oyun”un sonu?

NATO və Rusiya arasında gərginliyin artması III Dünya müharibəsinin baş vermə ehtimalını daha da yüksəldir.

Publika.az xəbər verir ki, bu barədə “Slate” nəşrində dərc olunan məqalədə deyilir.

Rusiyanın “Levada” Sosioloji Tədqiqat Mərkəzinin məlumatına görə, hər üç rusiyalıdan biri ABŞ-ın müdaxilə riskini ehtimal edir. Rusiyalılarda həmçinin ölkənin Ukrayna böhranından necə çıxacağı barədə qorxular getdikcə güclənir. Daha təhlükəlisi isə ondan ibarətdir ki, nüvə müharibəsi artıq qeyri-real hesab edilmir.

Rusiyalı politoloq Fyodor Lukyanov qeyd edir ki, bir neçə il əvvəl Rusiya vətəndaşları qlobal hərbi təcavüz haqqında düşünmürdülər. Politoloqun fikrincə, bu gün onlardan çoxu Rusiya və ABŞ arasında hərbi qarşıdurmadan ehtiyat etməyə başlayıblar.

Bu tezis ABŞ Ordusu Assosiasiyasının 2014-cü ilin oktyabrında dərc etdiyi sənədində də əksini tapıb. Sənəddə Rusiya, həmçinin Çin və İranla müharibənin bir neçə ssenarisinə baxılır.

“Vox” nəşri qeyd edir ki, Rusiyanın Estoniyaya müdaxiləsindən sonra müharibənin başlanması ən yüksək ehtimal hesab edilir. Bu kiçik respublikada çoxsaylı rusdilli icma yaşayır və Rusiyanın müdaxilə ssenarisi ehtimalı olduqca yüksək qiymətləndirilir. Bu ölkə NATO-nun üzvüdür və təcavüz olacağı halda hərbi alyans tərəfindən qorunmalıdır. NATO üzvlərində fikir ayrılıqlarının ortaya çıxması gözlənilsə də (Rusiya prezidenti Vladimir Putinin də buna ümid etdiyi deyilir), istənilən halda Rusiyanın zorakılığı müharibəyə gətirib çıxara bilər. Hətta nüvə müharibəsi də istisna edilmir. Yalnız bundan sonra böhranın necə inkişaf edəcəyini müşahidə etmək qalır. ABŞ KİV-i artıq bütün mümkün variantları nəzərdən keçirib.

- Böhranın nizama salınması

- Bir neçə milyon əhalinin həlak olmasına səbəb olacaq müharibə və ABŞ-ın qələbəsi

- Bir neçə milyon əhalinin həlak olmasına səbəb olacaq müharibə və Rusiyanın Avropada hökmranlığı

- Hər iki tərəfdən milyonlarla insanın həlak olması, dünyanın dağıdılması və “oyun”un sonu.

“Slate” nəşrində dərc olunan məqalədə deyilir ki, yuxarıda təqdim edilən məlumatlara barmaqarası baxmaq lazım deyil. Məqalədə 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan iki atom bombasının 150 min insanı öldürdüyü xatırlanıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR