ŞOK: Erməni ailəsini Permyakov öldürməyib"
Bizi izləyin

Dünya

ŞOK: Erməni ailəsini Permyakov öldürməyib"

Erməni hüquq müdafiəçisi Artur Sakuns rusiyalı hərbi qulluqçu Valeri Permyakovun Gümrüdə Avetisyan ailəsinin qətlində günahkar olmsına şübhə etdiyini bildirib.

ANS-in məlumatına görə, Sakuns hesab edir ki, Avetisyan ailəsini Permyakov öldürməyib. O hesab edir ki, cinayət yerində aşkar edilmiş dəlillər Permyakovun qatil olduğuna əsas vermir.

"Həqiqəti danışsaq , şəxsən mən bu cinayətdə Permyakovdan demək olar ki, heç şübhələnirəm", - deyə Artur Sakuns bildirib.

Onun fikirinə görə, cinayət yerində Permyakova aid olduğu bildirilən dəlillər şübhələri əvvəlcə onun üzərinə çəkirdi, amma bu heç də onu göstərirmir ki, Permyakov qətl zamanı orada olub.

"Hadisə yerində avtomatın tapılması şübhələri onun tərəfə yönəldir. Avtomatda onun tərinin tapılması təbiidir. Bu onun avtomatıdır. Cinayət başında tapılmış siqaretin kötüyü buna əsas vermir ki, Permyakov həqiqətən də orada olub. Rusiya tərəfi Permyakovu gizlədəndə bütün dəlillər yox edilmişdi", - Sakuns qeyd edib.

Hüquq müdafiəçisinin fikrincə, Rusiya tərəfi nə isə gizlədir və erməni tərəfi bunda onlara kömək edir.

Daha əvvəl bildirilirdi ki, Gümrüdə Avetisyanov ailəsinin amansız qətli haqqında iş Ermənistanın İstintaq komitəsinə veriləcək. Rusiya hərbi bazasından fərarilik etmiş və 13 yanvarda erməni-türk sərhədinin yanında saxlanan Valeri Permyakov yeddi nəfəri qətlə yetirdiyini etiraf etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm