Suriyada qırğın: Əsəd 1,5 min düşmənini belə öldürdü – ŞOK VİDEO (+18)
Bizi izləyin

Dünya

Suriyada qırğın: Əsəd 1,5 min düşmənini belə öldürdü – ŞOK VİDEO (+18)

Suriyada gedən müharibədə anti-rejim qüvvələri son 4 il ərzində ən böyük itki veriblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Suriyanın Dara şəhərinə hücum edən “Əl-Nüsra” Cəbhəsinin 15 minlik qüvvəsindən təxminən 1,5 min nəfəri öldürülüb.

Şəhərə hücum iyulun 3-də gecə saat 3:00 radələrində başlayıb. Suriya ordusu və “Hizbullah” döyüşçüləri ilə “Əl-Nüsra” döyüşçülərinin döyüşü təxminən 48 saat davam edib. Yüzlərlə metr əraziyə səpələnən “Əl-Nüsra” döyüşçüsü meyitlərinin görüntüləri döyüşün miqyasını aydın şəkildə göstərir.

Məlumata görə, “Əl-Nüsra” Cəbhəsinin döyüşçüləri artilleriya hazırlığından sonra strateji hündürlüyə irəliləməyə başlayıblar. Suriya ordusu və “Hizbullah” “Əl-Nüsra” döyüşçülərinin müəyyən məsafəyə qədər irəliləməsinə imkan verib və daha sonra cinahlardan edilən atəşlə onları məhv ediblər. Ölənlər arasında çoxlu əfqanlar və çeçenlərin olduğu deyilir.

Məlumata görə, “Əl-Nüsra” döyüşçüləri İordaniya ərazisində təlim alıblar. Təlim prosesində isə Amerika xüsusi təyinatlılarının iştirak etdiyi bildirilir. “Əl-Nüsra” Cəbhəsinin hücumunun da Suriya ordusunun fərari generalı əvəz edən iordaniyalı zabitlər tərəfindən idarə edildiyi deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm