MHP-dən koalisiya şərtləri: Ərdoğan dərhal tərk etməlidir
Bizi izləyin

Dünya

MHP-dən koalisiya şərtləri: Ərdoğan dərhal tərk etməlidir

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Ədalət və İnkişaf Partiyası ilə hökumət koalisiyasına girmək üçün şərtlərini açıqlayıb.

Publika.az xəbər verir ki, partiya sədrinin “Hürriyət” nəşrinə müsahibəsində açıqladığı şərtlər AKP üçün olduqca həssas məsələlərdir.

Dövlət Bağçalının səsləndirdiyi şərtlər aşağıdakılardır:

1.Kürd məsələsinin həlli müddəti dərhal sona çatdırılmalı

2.2013-cü il 17-25 dekabr əməliyyatlarında adı rüşvət və sui-istifadədə hallanan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi

3.Prezident Rəcəb Tayyib Ərdoğan Prezident Sarayını (Aksaray) tərk etməli və Çankaya Köşkünə qayıtmalı

MHP-nin ötən ayda irəli sürdüyü şərtlər isə aşağıdakı şəkildə sıralanmışdı:

1.Prezident idarəetmə üsuluna keçmək fikrindən imtina edilməsi

2. PKK terror təşkilatı ilə danışıqlardan imtina edilməsi

3. 2013-cü il 17-25 dekabr əməliyyatlarında adı rüşvət və sui-istifadədə hallanan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi

4. Unitar dövlət quruluşu, eyni zamanda türk şəxsiyyəti ilə bağlı konstitusiyaya dəyişikliyin edilməməsi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm