İŞİD-in iftar yeməyinə zəhər qatdılar: 45 ölü
Bizi izləyin

Dünya

İŞİD-in iftar yeməyinə zəhər qatdılar: 45 ölü

İraqın Mosul şəhərində İŞİD üzvlərinin iftar yeməyinə zəhər qatılıb.

Publika.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyinin Ərbildəki müxbirinə yerli mənbələr bildirib.

Zəhərlənmə nəticəsində terror qruplaşmasının 45 üzvü ölüb, təxminən 100-ü xəstəxanaya aparılıb.

İftar yeməyinə zəhəri qatanların kimliyi açıqlanmayıb. Lakin mənbələr Mosul sakinlərinin İŞİD-dən bu şəkildə intiqam almaq istədiyini söyləyiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm