Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 18 faiz yuxarıdır
Bizi izləyin

Ekologiya

Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 18 faiz yuxarıdır

Bakı və Abşeron yarımadasında tozun miqdarı saat 18:00-da sanitar normadan 18 faiz yuxarı olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Publika.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından hər 3 saatdan bir məlumat alınır.

Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanına səbəb Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə ölkə ərazisinə zəif toz-dumanının daxil olmasıdır.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır.

ETSN-dən Publika.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 18 apreldə Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da sanitar normadan 10 faiz yuxarı olduğu qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm