"Pulumuzu nə üçün gürcülər yesin?" - Zahid Oruc ŞİKAYƏTLƏNDİ
Bizi izləyin

Elm və təhsil

"Pulumuzu nə üçün gürcülər yesin?" - Zahid Oruc ŞİKAYƏTLƏNDİ

“Respublika fənn olimpiadalarının qaliblərinin əksəriyyətinin gözündə eynək var. Onların boy və çəkisi də normaya uyğun deyildi”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisdə çıxışı zamanı dilə gətirib.

Millət vəkili bunun çox ciddi məsələ olduğunu qeyd edib:

“Bu günlərdə fənn olimpiadaları üzrə respublika müsabiqəsinin nəticələri elan olundu. Həmin tədbirdə təxmini saydım, haradasa 298 nəfərdən 120 nəfəri eynəkdə idi. Hamısı normativ boy və ona adekvat çəkidən qat-qat geri qalırdı. Bəlkə, qida sistemini dəyişmək lazımdır ya yox. Lakin bu, çox ciddi məsələdir”.

Millət vəkili həmçinin azərbaycanlı uşaqların xarici ölkələrin təhsil ocaqlarına üz tutmasından da danışıb:

“Nə üçün azərbaycanlı valideyn SAT imtahanı verməsi üçün uşağının Gürcüstana aparır? Məlum olur ki, bu sahədə oturuşmuş, sistemli cinayətkarlıq var. Beynəlxalq Mərkəzlər, Britaniya və Amerikada bizim nəticələri tanımırlar. Çünki korrupsiya halları var. Nəticələr süni şəkildə şişirdilir. Adamlar pulunu tökür Gürcüstanda imtahan verir. Nəticədə bu bizim təhsilimizə ziyan vurur. Bunu Təhsil Nazirliyinə çox da aidiyyəti yoxdur. Nazirlik müsabiqəni şəffaf keçirir. Buradan Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edirəm ki, bunu araşdırsınlar. Şişirdilmiş bal zəhər kimi geri qayıdır. Bizim pulumuzu nə üçün gürcülər yesin. İmkanımız yoxdur ki, bu imtahanı şəffaf keçirsinlər. Bu bizim təhsil imicimizə zərər vurur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm