Gözəllik
Payız dəbi: alma yanaqlar - FOTOLAR
Ənlik yalnız qadın üslubuna təravət və parlaqlıq bəxş etmir, həmçinin vizual olaraq yanaqların formasını dəyişir.
Publika.az-ın gözəllik bölməsi xəbər verir ki, qəhvəyi çalarların yerini bu il çəhrayı rəngli ənliklər tutub. Təbii çalarlı çəhrayı rəngli ənliklər sayəsində yanaqlar bu payız işıq saçır!
“Chanel” moda evinin yeni kolleksiyasının nümayişi zamanı peşəkar vizaj ustası Piter Filps bildirib ki, payız-qış makiyajında dodaqlar və gözlər bir qədər diqqətdən kənarda qalacaq, əsasən, yanaqlar vuğrulanacaq.
Ənliklər, adətən, quru və diyircəkli formada olur. Lakin kosmetika şirkətləri artıq bir neçə ildir ki, həm də krem ənliklər təqdim edirlər. Quru ənliklər hər tərəfə zərifliklə yayılsa da, krem şəklində olanlar yanaqlara sağlam qızartı və parlaqlıq verir. Dəridə qalıcı olması soyuq havada seçim üstünlüyü verir. Diyircəkli ənliklər bir neçə rəngdən ibarət olduğuna görə üzə zərif qızartı bəxş edərək üzün formasını vurğulayır və işıq effekti verir.
Qeyd edək ki, çəhrayı ənliklərin ən yaxşılarını “Burberry”, “La Prairie”, “Chanel”, “Clé de Peau”, “By Terry”, “Bourjois” kimi brendlərin payız kolleksiyalarında tapa bilərsiniz.
Aytən
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ