60 yaşlı aktrisa makiyajla TANINMAZ hala düşdü - VİDEO
Bizi izləyin

Gözəllik

60 yaşlı aktrisa makiyajla TANINMAZ hala düşdü - VİDEO

Stilist Anar Ağakişiyev komandası ilə birlikdə tanınmış aktrisa Nübar Novruzovanı dəyişib.

Publika.az xəbər verir ki, artıq dünyada da kifayət qədər məşhur olan stilist Əməkdar artistin makiyajdan və sonrakı görüntülərini instaqramda paylaşıb. Anar Ağakişiyev bildirib ki, bu işini aktrisanın 60 illik yubileyinə həsr edib: "Bu dəfəki dəyişimim isə bir neçə gün əvvəl 60 illik yubileyini qeyd etmiş Azərbaycanın Əməkdar artisti, gözəlliyi heç bir zaman solmayan, "Qəzəlxan" filmində yaratdığı "Leyli" obrazı ilə hər birimizin sevimlisinə çevrilmiş, "Sənətkar" medalına layiq görülmüş, səhnəmizin Ornella Mutisi - Nübar Novruzovadır. Makiyaj mənə, saç düzümü Sabina İmanova və Xəyalə Quliyevaya aiddir".

60 yaşlı N.Novruzovanın sosial şəbəkədə yayılan videosu izləyicilər tərəfindən bəyənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm