Quru və cansız saçlar üçün losyon
Bizi izləyin

Gözəllik

Quru və cansız saçlar üçün losyon

Yay aylarında saçlar günəş şüalarının təsirindən quruyur, solğun görünür. Saçların qurumasına digər faktorlar da səbəb ola bilər. Məsələn, çox siqaret çəkmək, havanın çirkliliyi, siqaret istifadə etməsiniz də, belə mühitlərdə uzun müddət qalmaq, saçların boyanması onların qurumasına yol açır. Xüsusilə də boyaların və şampunların tərkibindəki kimyəvi maddələr saçları çox tez qurudur. İstifadə etdiyiniz hər hansı dərman da saçların qurumasına səbəb ola bilər. Saçların quru olmasının səbəbi irsi də ola bilər.

Saçların cansız olmaması üçün nə edilməlidir?

Saçların qurumaması üçün əvvəlcə bunlara diqqət yetirməniz lazımdır. Əgər saçlara həqiqətən ehtiyacı olduğu qulluğu göstərsəniz, saçlar öz gözəlliyinə yenidən qovuşacaq. Saçları tez-tez yumaq da saçların qurumasına səbəb olar.

Zeytun, lavanda kimi bitkilərdən hazırlanan maskalar quru və cansız saçlardan şikayətçi olan qadınlar üçün son dərəcə faydalı və təsirlidir. Maskaları mütəmadi olaraq etdikdə saçlar daha sağlam və parlaq olur.

Lavanda losyonu

Ərzaqlar:

100 qram adaçayı

100 qram lavanda

100 qram kəklikotu

1,5 litr su

Hazırlanması:

Bitkiləri suda və qapağı örtülü şəkildə qaynadın. Süzüb soyudandan sonra saç dibini masaj edərək sürtün. Saçların daha parlaq görünməsi üçün evdə hazırlanan bu losyon səhər axşam saç dibi masaj edilərək çəkilməlidir.

Zeytun maskası

Zeytun yağı -2 xörək qaşığı

Sirkə -1 xörək qaşığı

Dünəndən dəmlənmiş qara çay - 1 xörək qaşığı

Hazırlanması:

Ərzaqların hamısını qarışdırdıqdan sonra maskanı saç diblərindən uclarına kimi çəkin. 1 saat saxlayın, daha sonra yuyun. Maskanı həftədə 2 dəfə çəkin.

Qeyd: Şampununuzun içinə saçları canlandıran zeytun yağı, badam yağı tökdükdə gözəl effekt verir. Saçları yuduqda saç dərisini masaj etməyi unutmayın.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm