• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İqtisadçı Rusiya-Ukrayna münaqişəsinin iqtisadi reallıqlarını açıqladı

İqtisadçı Rusiya-Ukrayna münaqişəsinin iqtisadi reallıqlarını açıqladı

“Rusiya Krım a daxil olmaqla, Qərblə geosiyasi münasibətlərdə “va-bank” getməklə yanaşı, regionda iqtisadi müstəvidə də yeni oyun qaydaları formalaşdırmağa çalışdı”.

Bunu Rusiya-Ukrayna münaqişəsinin iqtisdi reallıqları ilə bağlı Publika.Az-a şərhində iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Moskvanın belə riskli oyuna başlaması səbəbləri daha çox Kremilin iqtisadi hesablamaları üzərində qurulmuşdu: “ Doğrudur, Moskvanın iqtisadi baxımdan Ukraynanın itirilməsinə göz yuma bilməməsi başa düşülən idi. Kievin iştirak etmədiyi Kreml xeyir-dualı bütün layihələr formal xarakter daşıyacaq. Moskvanın Gömrük İttifaqı ətrafındakı hesablamalarının da mərkəzində məhz Ukraynanın iştirakı dururdu. Aydındır ki, nə Ermənistan, nə Belarus nə də üzvlükdə maraqlı ola Qırğızstan ilə Gömrük İttifaqını ciddi bir qurum kimi formalaşdırmaq mümkün deyil. 176,4 milyard dollar Ümumi Daxili Məhsulu ilə Ukrayna Ermənistan (9.9 milyard dollar), Belarus (63.3 milyard dollar), Qırğızstanın (6.5 milyard dollar) birlikdə iqtisadiyyatından 2 dəfə böyük iqtisadiyyata malikdir.

Moskva eyni zamanda anlayırıd ki, Ukrayna ərazisinə görə Avropada ən böyük ölkə statusu ilə də Rusiyanın layihələrinə rəng qata bilərdi. Başqa tərəfdən, Ukraynanın Rusiyanın nəzarətindən çıxması domino effekti ilə digər Şərqi Tərəfdaşlıq ölkələrinin də Moskvadan uzaqlaşmasına səbəb olacaqdı. Deməli, mərhələli olaraq uduzduğu və ya uduzacağı halda Moldova, Gürcüstan və Azərbaycan daha sonrakı mərhələdə isə Belarus və Ermənistan Qərbin təsir bölgəsində daxil olacaq. O baxımdan, o zaman Soçi olimpiadasına başı qarışan Moskva yenidən nakuta düşməmək üçün hərəkətə gəldi. Beynəlxalq Şəffaflıq Təşkilatının qiymətləndirmələrinə görə, 175 ölkə arasında 100 mümkün baldan cəmi 28 bal alaraq 127-ci olan Rusiya rəhbərliyi üçün sanksiyalar heç də az əhəmiyyətli məsələ deyil. Bəs, niyə Qərbin hədələrinə baxmayaraq Moskva Kremdə Rusiya bayrağını dalğalandırdı?

Əslində, Moskvanın “qəhrəmanlığı” siyasi səbələrdən daha çox iqtisadi faktorlar ilə bağlıdır. Məsələ ondadır ki, Moskva Avropa Birliyi ilə arasındakı iqtisadı əməkdaşlığa, yumşaq desək, arxayın olaraq Krıma daxil olmaq qərarını verdi. Nəzərə alaq ki, Rusiya ABŞ və Çindən sonra Avropa Birliyinin (AB) üçüncü ən böyük ticarət tərəfdaşıdır. Bu sadəcə Qazpromun Avropada domintalığı ilə deyil eyni zamanda tərəflər arasında müxtəlif sahələrdə aparılan iqtisadi əməkdaşlıq ilə bağlıdır.

Rusiya ilə Avropa Birliyi arasında 10 ildə ticarət dövriyyəsi 3 dəfə artıb. Rusiya ixracda ABŞ sonra Avropa Birliyinin ikinci ən böyük ticarət tərəfdaşıdır. Belə ki, Rusiya ilə Avropa Birliyi ilə arasında ticarət dövriyyəsi 2003-cü ildə 108 milyard dollar idisə son 10 ildə bu rəqəm 3 dəfədən çox artaraq 350 milyard dollara çatıb. Eyni zamanda, Avropa Birliyi də Rusiyaya ixracatını son 10 ildə 37 milyard dollardan 140 milyard dollaradək yüksəldə biliblər. “Qazprom”un Avropa Birliyinin qaza olan tələbatının 42 faizini ödəməsi Rusiyanın Avropaya ildə 220 milyard dollardan artıq məhsul göndərməsinə imkan yaradır.

Avropa Birliyi və Rusiya arasında çox ciddi investisiya münasibətləri formalaşdırılıb. Belə ki, Rusiyaya qoyulan birbaşa investisiyaların 75%-i Avropa Birliyi ölkələrinin payına düşür. Rusiyadan Avropa Birliyinə investisiyaların həcmi ötən il 69.3 milyon dollar, Avropa Birliyindən Rusiyaya investisiyanın həcmi 86.2 milyard dollar təşkil edib. Rusiyadakı investisiya layihələrində Hollandiya və Kiprin liderliyi nəzərə çarpır. Hollandiya 21.1 milyard dollar, Kipr isə 16.5 milyar dollar investisiya yatırımları həyata keçirmişdir. Burda daha sonra Böyük Britaniyanın, Lüksermburq, Almaniyanın fəallığı da qeyd oluna bilər.

Rusiyanın özünün investisiya sahəsindəki fəal olduğu Avropa ölkələri maraqlı hal budur ki, məhz Hollandiya və Kiprdir. Avropa Birliyinin tərkibindəki əsas ölkələrdən hesab olunan Fransa ilə Rusiya arasındada ciddi investisiya əməkdaşlığı vardır. Hollandiya və Kiprdən sonra Fransa Rusiya ərazisində investisiya layihələrini reallaşdıran 3-cü ölkədir. Fransızların Rusiyada fəal olduğu investisiya sahələri nüvə, aviasiya və kosmik sənaye, aqrobiznes, əczaçılıq, təyyarə və avtomobil sənayesi hesab olunur. Fransanın məşhur “Renault-Nissan” avtomobil istehsalçısı hesab olunan şirkət kapitalını Rusiyanın "AvtoVAZ" şirkətinə daxil etmişdir, başqa Fransız avtomobil istehsalçısı hesab olunan “PSA Peugeot Citroen” şirkəti Rusiyanın Kaluj rayonunda zavodu inşa etdirmişdir. Həmçinin qısa məsafəli uçuşları həyata keçirən təyyarələrin istehsalında Fransız şirkətləri “Thales” və “Snecma” iştirak edir. Fransanın məşhur “Danone” şirkəti isə 500 milyon avro həcmində Rusiya iqtisadiyyatına uzunmüddətli investisiya qoyuluşunu həyata keçirməyi planlaşdırır. Fransa həmçinin Rusiyada maliyyə sektorunda da ciddi investisiyalar yerləşdirir. Belə ki, Fransanın “Sosyete Jeneral” bankı rus-fransız “Observo” analitik mərkəzinin məlumatlarına əsasən 2010-cu ildən etibarən “Rosbank”ın 80%-dən çox səhmlərinə nəzarəti həyata keçirir.

Bütün bunları nəzərə aldıqda, Moskva düşünür ki, 2 əsas səbəbdən Avropa Birliyi Krım məsələsində gözlənilən fəallığı göstərməyəcək:

Birincisi, Rusiya ilə birlik arasındakı xarici ticarət əlaqələri və xüsusən də Rusiyadakı Avropa kapitalı Brüsseli balanlaşdırılmış mövqe tutmağa sövq edəcək. Moskvadan bahalı layihələr alan Avropa şirkətləri öz hökümətlərinə təsir göstərə biləcək əsas qüvvələrdir. Moskva inanır ki, Avropadakı iqtisadi güclər problemə “rent seeking” aspektindən yanaşaraq Rusiya ilə ciddi konfliktə getməyəcəklər;

İkincisi, Avropa Birliyi hələ də və ən azı yaxın 4 ildə Rusiya qazından asılı olacaq. Xəzər və hətta Yaxın Şərq Rusiya qazına alternativ olsa da bu layihələr qısa müddətli dövr üçün hesablanmayıb. ABŞ-dan idaxlı gözlənilən şel qazı layihəsi də indiki mərhələdə inandırıcı görsənmir. Deməli, Avropa qışda soyuqda donmamaq üçün ən azı yaxın illərdə Rusiya ilə əməkdaşlığı kəsməkdə maraqlı görsənməyəcək.

Amma Rusiyanın ehtiyatlandığı digər qüvvə var və ABŞ-dır. Vaşinqtonun Moskva ilə münasibətlərdə bir sıra üstünlükləri var.

Əvvəlla, ABŞ-ın Rusiyaya ixracatı cəmi 15 milyard dollardır. 1.6 trilyon dollar ixracata malik olan Birləşmiş Ştatlar üçün Rusiyaya mal göndərmək və eləcə də göndərməmək iqtisadi baxımdan ciddi əhəmiyyət daşımır;

İkincisi, Avropadan fərqli olaraq ABŞ Rusiyanın səhm bazarında və o cümlədən investisiya qoyluşlarında aktiv deyil. Bu da ABŞ-a Rusiya ilə münasibətlərinin hətta kəsiləcəyi halda ciddi itkilər vəd etmir;

Üçüncüsü, 17.4 trilyon dollar Ümumi Daxili Məhsula malik olan ABŞ 2.1 trilyonluq ÜMD-ə malik olan Rusiyadan 8 dəfədən çox böyük iqtisadiyyata malik olmalqa bu qarşıdurma psixoloji üstünlük əldə edir.

Dördüncüsü, 493 milyard dollar valyuta rezervlərin malik olan Rusiya ötən ayın 20-də ABŞ-da Federal Ehtiyatların hesabından 118 milyard dollarını götürüb. Federal Ehtiyatların sözügedən hesabda 3.02 trilyon vəsaitə sahib olduğunu nəzərə aldıqda rusların götürdüyü pulun ümümi məbləğin 3.5 faizi həcmində olduğu bəlli olur. Eyni zamanda, Rusiyanın malik olduğu ABŞ bondlarının dəyərində də azalma var. Belə ki, son 1 ildə bu rəqəm 20 faiz aşağı düşüb. Əgər, ötən ili fevralında bu rəqəm 164.9 milyard dollar idisə bu ilin ikinci ayında rusların sahib olduğu bondların həcmi 131.8 milyard dollardək azalıb.

Bu baxımdan, “regional genişlənmədə” Moskvanın qarşısını kəsəcək yeganə qüvvə məhz Vaşinqtondur. Əslində, Avropanın real addımlar atmayacağına arxayın olmağa çalışan Rusiya rəhbərlərinin elə məhz bu səbəbdən “şirin yuxu yatdığını” söyləmək mümkün deyil”.

Son münaqişənin Rusiya Azərbaycan əlaqələrinə necə təsir göstərəcəyinə gəlincə, iqtisadçı belə deyir: “Aydındır ki, Dağlıq Qarabağ münaqişəsini Krım ilə müqayisə edilməsi mümkün deyil. Hətta Yerevanda belə bu müqayisəyə üstünlük verənlərin sayı elə də çox deyil. Bu sadəcə, Krimdan fərqli olaraq Dağlıq Qarabağda rusların yaşamaması və ya Rusiya ilə sərhədin olmaması ilə deyil eyni zamanda Moskvanın Bakı ilə münasibətlərə önəm verməsi ilə əlaqədardır. Cənubi Qafqaz iqtisadiyyatının 74 faizinə malik olan Azərbaycan Moskva üçün əhəmiyyətli ölkədir. Moskvada hələ dü ümid edirlər ki, Ümumdünya Ticarət Təşkilatının üzvü olmayan və eləcə də Avropa Birliyi ilə Azad Ticarət (DCFTA) danışıqlarına başlamayan Bakı Gömrük İttifağına potensial namizəd ola bilər. Digər tərəfdən, Qafqazda yeni Krım senarisi Azərbaycanın Rusiyadan tamamilə uzaqlaşmasına səbəb ola bilər ki, Moskva da heç bir halda bunda maraqlı deyil. Rusiya Qarabağ münaqişəsini aktiv saxlamaqla tərəflərə təsir imkanlarını qoruyub saxlamağa çalışacaq. O baxımdan, Moskvanın Krim senarisini Qarabağa uyğunlaşdırmağa çalışacağı heç bir halda inadırıcı deyil və Rusiyada bu niyyətdə olanları siyahısı Jirnovksidən uzağa getməyəcək.

Bununla yanaşı, Ukrayna münaqişəsi region ölkələri üçün bir sıra dərsləri gündəmə gətirdi. Əvəlla, Rusiya ilə ehtiyatlı siyasəti davam etdirilməsi olduqca vacibdir. İkincisi, avro-inteqraisya prosesi sadəcə yeni müstəqil ölkələrin deyilŞ eyni zamanda və xüsusən də Brüselin konrket öhdəlikləri çərçivəsində həyata keçirilməlidir. Üçüncüsü, Qərb regionda münaqişələrin həllində aktiv seyrici mövqedən daha çox iştirakçı oyunçuya çevrilməlidir”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR