Rusiya Türkiyəni "vurmağa" başladı
Bizi izləyin

İqtisadi gündəm

Rusiya Türkiyəni "vurmağa" başladı

Rusiya Türkiyəni vurmağa başladı

Publika.Az xəbər verir ki, “Rosneft”, “Transneft” və “Rosatom” kimi şirkətlərdə işləyənlər bundan sonra tətil üçün Krıma göndəriləcəklər.

Publika.Az xəbər verir ki, Krıma may və sentyabr ayları arasında 8 milyon rusun getməsi gözlənilir.Onu da bildirək ki, bu qədər insanın Krıma üz tutması Türkiyə turizminə təsirsiz ötüşməyəcək. Belə ki, ruslar indiyə qədər tətil üçün Türkiyəyə üz tuturdular.

Ötən il 4 milyon nəfər rus turist Türkiyədə tətil keçirib. Digər tərəfdən Rusiya xarici işlər nazirliyi, bir müddət əvvəl vətəndaşlarına ABŞ ilə günahkarların qaytarması razılaşması olan ölkələrə getməmələrini bildirmişdi. Çağırışın Rusiyaya istiqamətli iqtisadi sanksiyalarla bağlı olduğu ifadə edilir.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm