Milli Məclis hökumətə vaxt verdi
Bizi izləyin

İqtisadi gündəm

Milli Məclis hökumətə vaxt verdi

Dekabrın 16-dək...

Milli Məclisin bu gün keçirilən plenar iclası başa çatıb.

Publika.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, Milli Məclisin 2017-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası müzakirə edilib.

Büdcə zərfinə daxil olan layihələrlə bağlı təkliflərlə baxmaq üçün hökumətə dekabrın 16-dək vaxt verilib. Parlamentin növbəti plenar iclası dekabrın 16-da keçiriləcək. Həmin günü büdcə zərfinin təsdiqlənməsi gözlənilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm