Azərbaycan neft hasilatını azaltmağa razılaşdı
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan neft hasilatını azaltmağa razılaşdı

Azərbaycan neft hasilatını azaltmağa razılaşdı

Azərbaycan neft istehsal edən ölkələrin Vyana görüşündə gündəlik neft hasilatını 35 min barrel azaltmağa razı olub.

Nigeriya Neft Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilən məlumatda deyilir ki, OPEC üzvü olmayan ölkələr gündəlik hasilatı ümumilikdə 612 min barrel azaltmaq barədə razılığa gəliblər.

Məlumata əsasən, Rusiya gündəlik hasilatı 300 min, Meksika 100 min, Qazaxıstan 50 min, Oman 45 min, Azərbaycan və Malayziya hərəyə 35 min, Bəhreyn və Ekvatorial Qvineya hərəyə 12 min, Cənubi Sudan 8 min, Bruney 7 min, Sudan və Boliviya hərəyə 4 min barrel azaldacaqlar.

Vyana görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edir. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm