Yol tikintisində bahalaşma
Bizi izləyin

İqtisadi gündəm

Yol tikintisində bahalaşma

Yol tikintisi bahalaşıb

Bu ilin I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,4 faiz ucuzlaşıb.

Rüb ərzində yerüstü tikililər bölməsində 0,6 faiz ucuzlaşma, yol və körpü tikintisində isə 0,9 faiz bahalaşma müşahidə edilib.

Publika.Az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,7 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,4 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətləri 0,7 faiz ucuzlaşıb.

Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,8 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,1 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,5 faiz, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7 faiz ucuzlaşıbş Yol tikintisi üzrə qiymətlər 1,0 faiz bahalaşmış, körpü tikintisi üzrə isə qiymətlər 0,2 faiz aşağı düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm