Ermənilərin Bakı səfəri etiraz doğurdu (VİDEO, FOTO)
Bizi izləyin

İqtisadi gündəm

Ermənilərin Bakı səfəri etiraz doğurdu (VİDEO, FOTO)

Qarabağ Azadlıq Təşkilatının üzvləri ATƏT Parlament Assambleyasının sessiyasında Ermənistan nümayəndə heyətinin iştirakına etiraz edib.

Etiraz əlaməti olaraq, bir qrup şəxs tədbirin keçirildiyi “Alov qüllələri” otelinə yürüş edib. Musavat.com-un məlumatına görə, polis aksiyaya müdaxilə edib, saxlanılanlar olub.

Tədbir keçirilən otelin qarşısından uzaqlaşdırılan aksiya iştirakçıları etirazlarını Milli Məclisin önündə davam etdiriblər. Daha sonra polis onları oradan da kənarlaşdırıb.

Aksiya iştirakçıları “Erməni faşistləri rədd olsunlar!”, “Ya Qarabağ, ya ölüm!” və digər sözləri yazılmış plakatlar qaldırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm