• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bakı Avrasiya İttifaqına girməsə, Rusiya Qarabağda…

Bakı Avrasiya İttifaqına girməsə, Rusiya Qarabağda…

“Rusiya Avrasiya İttifaqı kimi sonu qaranlıq və uçurum olan bir projeyə özü ilə Azərbaycanı da sürükləmək istəyir”.

Bu sözləri Axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Qarabağ ətrafındakı son hadisələri şərh edərkən söyləyib.

O, buraxılan istənilən səhvin müqabilində Azərbaycanın Rusiya tərəfindən təzyiqə məruz qalacağını bildirib:

“Cənubi Qafqaz həssas bir dönəm yaşayır. Burada kiçicik bir yanlış xarici siyasət Gürcüstan və Azərbaycanı işğala sürükləyəcək. Rusiya hazırda bu məqamı gözləyir və buna imkan vermək lazım deyil. Rusiya Avrasiya İttifaqı kimi sonu qaranlıq və uçurum olan bir projeyə özü ilə Azərbaycanı da sürükləmək istəyir. Bununla bərabər, Ermənistana dəstəyi ilə bölgədə sülhü pozur və nəticədə hər kəsin narahatlığına səbəb olur. Baş verən hadisələr Azərbaycana bir daha sübut edir ki, Rusiya ilə birgə olmaq sonu uçuruma gedən yolda addımlamaq deməkdir. Mən bir neçə gün öncə verdiyim bəyanatda da qeyd etmişdim ki, Azərbaycan Avrasiya İttifaqı üçün strateji önəm daşıyır. Bu, Rusiyanın yenidən bölgəni tam nəzarətə keçirməsi deməkdir. Əgər bu baş tutmasa, Rusiya Qarabağda fəallığını yaxın vaxtlarda daha da artıracaq”.

F.Məmmədov Azərbaycanın seçim etmək zamanının gəldiyini deyib:

“Rusiya Qarabağla yanaşı ölkə daxilində də müəyyən manevr imkanlarından maksimum dərəcədə istifadə edəcək. Buna müəyyən qədər gücü çatır. Bu gün Azərbaycanın milli təhlükəsizliyinin təhdidi Rusiyadır. Bunu hər kəs açıq şəkildə bilməlidir. Azərbaycan dövləti artıq tərəfdaşlarına səslənməlidir və özünə güclü tərəfdaş dost ölkələrini ətrafına toplamalıdır. Azərbaycan dövləti Beynəlxalq qurumları əlində olan bütün materiallarla məlumatlandırmalı və onlardan bu məsələ ilə bağlı konkret tələblər irəli sürülməlidir. Rusiya ATƏT-in Minsk Qrupunda təmsil olunsa da, Ermənistana verdiyi dəstək hər kəsə bəllidir. Azərbaycan bu reallıqları görməli, artıq dost və düşmənin kim olduğunu anlayaraq seçim etməlidir. Balans siyasəti dönəminin bitdiyini deyə bilərik. Ya güclülərlə olub ən güclü olacağıq, ya da Rusiya ilə olub işğala məruz qalacağıq. Seçim dövlətimizindir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR