Avropa Birliyi cəbhədəki vəziyyətə münasibət bildirdi
Bizi izləyin

İqtisadi gündəm

Avropa Birliyi cəbhədəki vəziyyətə münasibət bildirdi

Avropa Birliyi Ermənistan və Azərbaycanı atəşkəsə riayət etməyə çağırıb.

Axar.az xəbər verir ki, AB-nin nümayəndəsi Katerin Eşton son günlər cəbhədə yaşanan qarşıdurmalardan narahat olduqlarını, tərəfləri atəşkəsi pozmamağa səsləyib.

Eştonun yaydığı bəyatanda bildirilir:

“Tərəflər atəşkəsə dərhal hörmət etməli, gücdən istifadə və təhdiddən yayınmalıdırlar. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunda səylərini davam etdirməyə çağırırıq”.

Eşton həmçinin AB-nin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk Qrupunun Dağlıq Qarabağ məsələsində yeni siyasi həll yollarının tapılmasında səylərini dəstəkləməyə hazır olduqlarını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm