ABŞ-ın İrəvandakı səfirliyi xəbərdarlıq etdi
Bizi izləyin

İqtisadi gündəm

ABŞ-ın İrəvandakı səfirliyi xəbərdarlıq etdi

ABŞ-ın Ermənistandakı səfirliyi Azərbaycan-Ermənistan təmas xəttindəki vəziyyətlə bağlı ölkəsinin vətəndaşlarına müraciət edib.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, səfirlik ABŞ vətəndaşlarını vəziyyətin gərgin olduğu ərazilərə getməməyi tövsiyə edib.

Səfirliyin saytında yerləşdirilən bəyanatda Ermənistanın Vazaşen, Varaqavan, Paravakar, Ayqepar, Azatamut və Barekamavan yayayış məntəqləri təhlükəli ərazilər kimi göstərilib. Qeyd edilir ki, ABŞ-ın vəzifəli şəxslərinin bu sərhədyanı rayonlarına səfəri məhdudlaşdırılır.

Bəyanatda həmçinin deyilir ki, Dağlıq Qarabağ və ətrafındakı rayonlarda ABŞ vətəndaşları üçün konsulluk xidmətləri yerinə yetirmək mümkün deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm