• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycan yazıçısı erməniləri fakt qarşısında qoydu (FOTO)

Azərbaycan yazıçısı erməniləri fakt qarşısında qoydu (FOTO)

Rusiyanın ən böyük nəsr serverində Azərbaycan yazıçısı Varis erməniləri fakt qarşısında qoyub.

ANS PRESS-in məlumatına görə, Rusiyanın ən böyük ədəbiyyat serveri hesab olunan, 4 milyondan artiq ədəbi nümunə bazasına malik Proza.ru serverində bu günlərdə yazıçı Varisin 2 romanı (''Əzilmiş şəkillər'', ''Metamorfoza'') yerləşdirilib.

Yazıçı Varis deyir ki, "İnsan və cəmiyyətin ziddiyyətlərindən bəhs edən hər iki romanda serverin Rusiya və xarici ölkələrdən olan oxucuları çox həssas məqamlarla da üzləşirlər. Belə ki, bəzi epizodlarda Azərbaycan-Ermənistan münaqişəsi barədə düşmən ölkənin yeritdiyi təbliğatın yalanlarının ifşa edilməsi maraq doğurur. Bütün dünyaya 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrini özlərinə qarşı genosid kimi qələmə verməklə ermənilər gözə kül üfürməyə cəhd etsələr də ''Əzilmiş şəkillər'' romanında əsl həqiqəti üzə çıxaran məqamlar var. Bu cinayət qrupunun başında Zori Balayan, Qalina Starovoytova, Boner-Alixanyan, Gennadi Borovik və başqaları dayanmışdılar. Onların planı ilə Sumqayıtda baş verənlər dünya ictimaiyyətinə ermənilərin bildiyi kimi çatdırılmalı idi. Fevralın 27-də Sumqayıtda ermənilər elə öz ermənilərini öldürdülər, nəticədə isə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar öz dədə-baba torpaqlarından çıxarıldı. Azərbaycanın siyasi həyatında baş verən hadisələr sonradan Qarabağın və onun ətrafındakı 7 rayonun işğalı ilə nəticələndi".

Varis ''Metamorfoza"' romanında münaqişənin həllinə cavabdehlik daşıyan ATƏT-in fəaliyyətsizliyini qəhrəmanlarının dili ilə pisləməklə yanaşı, azərbaycanlı qəhrəman Mübariz İbrahimovun timsalında döyüşçülərimizin mərdliyini üzə çıxarıb.

Yazıçı ANS PRESS-ə bildirdi ki, milliyyətcə erməni olan şəxslərin artıq romanlarla bağlı müəllifə irad bildirmələri anlaşılandır, çünki hamı bilir ki, tarixi həqiqətlərin yayılmasında, bərqərar olunmasında bədii ədəbiyyat böyük rol oynayır.


Varis

Xəbər lenti

DAHA ÇOX XƏBƏR