Yaralı əsgərlərdən xəbər var
Bizi izləyin

İqtisadi gündəm

Yaralı əsgərlərdən xəbər var

Əsgərlərdən birinin gözü, birinin isə ayağı amputasiya edilib.

Ötən həftə cəbhə xətində baş verən döyüşlərdə yaralanan və müalicə üçün dünən Türkiyəyə göndərilən 3 Azərbaycan əsgərindən xəbər var.

ANS TV-nin məlumatına görə, Türkiyənin Səhiyyə Nazirliyinin nümayəndəsi Osman Arıkan Nacar bildirib ki, yaralılardan birinin vəziyyəti ciddidir, digərlərinin vəziyyətinin isə yaxşıdır.

Ümumi vəziyyəti pis olan xəstənin bir gözü amputasiya olunub. Əsgərlərdən daha birinin isə ayağı amputasiya edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm