102 erməni öldürən əfsanəvi komandir
Bizi izləyin

İqtisadi gündəm

102 erməni öldürən əfsanəvi komandir

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə “Addım” GİM ictimai birliyi “Müasir təbliğat” (filmlər) layihəsi çərçivəsində 741 saylı hərbi birləşmənin komandiri Məhərrəm Seyidovun şücaətli həyat yolu və döyüş qəhrəmanlığına həsr olunmuş “Amasiyadan olan unudulmuş qəhrəman” adlı sənədli film hazırlayıb.

Film 20 il sonra təsadüf nətəicəsində üzə çıxan videokadrlar əsasında çəkilib. Filmin rejisoru Elşən Rüstəmov, prodüseri isə Kamil Həmidovdur.

Filmin əsas məqsədi erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş Məhərrəm Seyidovun qəhrəmanlıqları kontekstində dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri yaymaqdan ibarətdir. Çəkilişlər zamanı İTV və ANS-in youtube sosial şəbəkəsində yerləşən videokadrlarından, həmçinin fotorepatyorların karabakh-doc.azerall.info saytında yerləşən materiallarından da da istifadə olunub.

“Addım” GİM ictimai birliyi dəstəyə görə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fonduna və filmin çəkilişlərində iştirak edənlərə, həmçinin Məhərrəm Seyidovun qohumlarına və yaxınlarına təşəkkür edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm