İqtisadi gündəm
"Urmiya gölü əvvəlki səviyyəsinə qaytarıla bilər" - AÇIQLAMA
Urmiya gölünün suyunun əvvəlki vəziyyətə gətirilməsi üçün İran müxtəlif ölkələrdən olan elm adamlarının iştirakı və məsləhəti ilə təkliflər paketi hazırlayıb. Təkliflər paketində nəzərdə tutulan işlərin həyata keçirilməsi ilə 10 il ərzində göl əvvəlki səviyyəyə qaytarıla bilər.
Trend-in məlumatına görə, bu sözləri İranın Qərbi Azərbaycan əyalətinin başçısı Qulaməli Səadət bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşündə deyib.
Qeyd edək ki, Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, heyvanlara da təsir göstərir.
Q.Səadət bildirib ki, Prezident Həsən Ruhaninin göstərişi ilə Nazirlər Kabinetində Urmiya gölü ilə bağlı qərar qəbul olunub və Urmiya gölünün əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı qərargah yaradılıb: “Aral dənizi də qurumuşdu və onun əvvəlki vəziyyətinə qaytarılması üçün Rusiya, Kanada, Yaponiya, ABŞ, o cümlədən Avropa ölkələri və Hindistandan olan alimlər iş aparmışdılar. İranda yaradılmış qərargah onların hamısını ölkəyə dəvət edib fikirlərini öyrəndi. Onlarla Urmiyada bir neçə görüşümüz oldu. Onların təcrübələri və fikirlərini öyrəndik. Daha sonra 6 ay ərzində həmin tövsiyələr əsasında təkliflər paketi hazırlandı".
Əyalət rəhbəri deyib ki, təkliflər paketi 25 maddədən ibarətdir, hər maddə özü layihə olaraq bəndlərə bölünür: “Hazırda biz həmin təkliflər paketi çərçivəsində bir neçə layihənin icrası üçün vəsait ayırmışıq və işlərə başlamışıq. Layihəyə əsasən, gölün ətrafındakı kənd təsərrüfatı sistemində islahatlar aparılmalı və ənənəvi suvarma sistemindən səmərəli və elmi suvarma sisteminə keçməliyik. Bundan başqa, gölün ətrafında kiçik gölməçələr və su resursları var ki, biz çalışırıq onları da gölə istiqamətləndirək. Bu da gölün bərpa olunmasına kömək edəcək”.
Onun sözlərinə görə, İran hökuməti Urmiya gölündə bu işlərə 14 milyard rial (522 min dollar) vəsait ayırıb: “Bu vəsaitin bir hissəsi Şərqi, digər hissəsi Qərbi Azərbaycan, bir hissəsi isə Kürdüstanda görülən işlərə sərf ediləcək”.
Q.Səadət Araz çayı və Xəzər dənizindən Urmiya gölünə suyun axıdılması layihəsinin icrası üçün araşdırma aparıldığını da bildirib: "Əvvəlcə müəyyən olunmalıdır ki, bu suların tərkibi necədir. Xəzər dənizinin suyunun tərkibində sulfat üstünlük təşkil edir, lakin Urmiya gölünün suyunun tərkibində natrium-xlorid üstünlük təşkil edir. Bunlar birləşərsə, daha böyük problemlər yarana bilər. Həmçinin Xəzər dənizi və Araz çayı beynəlxalq su hövzəsi olduğundan bu məsələ əlavə müzakirələr tələb edir. Hələlik bu, araşdırılır və konkret qərar verilməyib”.
Qeyd edək ki, 2013-cü ilin iyul ayında İranda Araz çayından Urmiya gölünə suyun axıdılmasılayihənin icrası üçün xarici investorla 875 milyon avro dəyərində investisiya müqaviləsi imzalanıb. Layihəyə əsasən, Araz çayının suyunun Culfa, Mərənd, Şəbestər və Təbriz çöllərinə axıdılması nəzərdə tutulub. Layihə çərçivəsində 8 şəhər və 81 kəndin içməli su problemi öz həlini tapacaq.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?