Erməni redaktorun Xocalı etirafı: “Məsuliyyəti üzərimizə götürməliyik”
Bizi izləyin

İqtisadi gündəm

Erməni redaktorun Xocalı etirafı: “Məsuliyyəti üzərimizə götürməliyik”

Türkiyədə erməni dilində nəşr edilən “Aqos” qəzetinin redaktoru Robert Koptaş erməniləri Xocalı faciəsinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.


Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Koptaş “Aqos” qəzetində dərc edilən “Xocalıya görə məsuliyyət” adlı məqaləsində Xocalı soyqırımı haqqında ətraflı məlumat verib və bu hadisəni insanlığın faciəsi adlandırıb. Müəllif yazır ki, 21 il bundan əvvəl Xocalıda baş verən hadisələr dəhşətli faciədir və Türkiyədə yaşayan ermənilər bu cinayət haqqında hələ çox şey öyrənməlidirlər.


Məqalədə vurğulanır ki, bu faciəli hadisəni müharibənin “qaranlıq tərəfləri”nə aid etmək olardı, lakin əgər ermənilər özlərini soyqırımına məruz qalmış millət hesab edirlərsə, onlar susmamalı və məsuliyyətdən qaçmamalıdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm