Sabir Rüstəxanlı: “Dil qanununu təkcə sahibkarlar pozmur...“
Bizi izləyin

İqtisadi gündəm

Sabir Rüstəxanlı: “Dil qanununu təkcə sahibkarlar pozmur...“

"Azərbaycan Dil Qurumu" İctimai Birliyi "Dövlət dili haqqında" qanunun tələblərini pozan rəsmi və özəl müəssisələrin hüquqi qaydada cəzalandırılması üçün məhkəməyə müraciətləri davam etdirəcək.

İctimai Birliyin rəhbəri, xalq şairi Sabir Rüstəmxanlı Publika.Az-a bildirib ki, doğma ana dilinə hörmət etməyən hər kəs cəzalandırılmalıdır:

"Reklam lövhələrində, menyülərdə xarici dildə yazılar həm dil qanunlarına ziddir, həm də doğma dilə hörmətsizlikdir. Ana dili qarşısında öz məsuliyyətimizi hiss etməliyik.

Bu iş yalnız hansısa müəssisəni məhkəməyə verməklə bitmir. Təbliğat sürətlənməlidir. Hamı doğma dilinə hörmət etməyə borclu olduğunu anlamalıdır. Müəssisə sahibkarını məhkəməyə vermək işin başlanğıcıdır. Həmin müəssisənin sənədlərini hazırlayan hüquqşünaslar da bu işdə birbaşa məsuliyyət daşıyır.

Dil qanunları yalnız hansısa biznes müəssisəsində pozulmur. Bura KİV də daxildir. Televiziyalar da bu axının içindədir. Dil qanunlarına hörmət etmək, eyni zamanda dili olduğu kimi, təhrifsiz çatdırmaq ilk növbədə KİV-in borcudur".

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm