• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“İctimai Palata uğursuz mitinq komitəsidir“

“İctimai Palata uğursuz mitinq komitəsidir“

"Müxalifətin İctimai Palatada toplaşmış hissəsi "Avroviziya" ərəfəsində və müsabiqənin davam etdiyi günlərdə aksiyalar keçirib, ondan sonrakı günlərdə sakit oturmaqla Azərbaycan ictimaiyyəti bir daha gördü ki, qurum bu yarışdan siyasi məqsədləri üçün istifadə etməyə çalışıb.

Onları nə səsləndirdikləri şüarlar, nə də Azərbaycanda demokratiya və insan haqları məsələləri maraqlandırır".

Bu sözləri Publika.Az-a Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

O deyib ki, İctimai Palata həmin ərəfədə bir-birinin ardınca provokativ hərəkətlər etməklə əslində vətənpərvərlikdən uzaq, Azərbaycanı beynəlxalq ictimaiyyətə mənfi imicdə təqdim etmək istəyində olduğunu nümayiş etdirib:

"İctimai Palata olan-qalan nüfuzunu həmin ərəfədə tamam itirdi. Təsadüfi deyil ki, bundan sonra İctimai Palataya daxil olan partiyalardan özlərinin tanınmış simaları istefa verdilər və onların siyasətinə etirazlarını bildirdilər.

Hesab edirəm ki, İctimai Palata müxalifət qanadı, müxalifət düşərgəsi deyil, mitinq düşərgəsi, mitinq komitəsidir. Özü də uğursuz mitinqlər komitəsidir".

İctimai Palatadan hansı istefaları nəzərdə tutduğuna aydınlıq gətirən Aydın Mirzəzadə bildirib ki, Müsavat Partiyası Naxçıvan Təşkilatınını sədri Meydan Babayev bu partiyada kifayət qədər nüfuzlu, radikal düşüncəli bir insan idi:

"O, istefasında konkret səbəb göstərməsə də, Müsavatdan istefa verdi. Bunun özü də İctimai Palatanın "Avroviziya" ərəfəsində keçirdiyi aksiyalarla nüfuzunu itirməsinin bariz nümunəsidir".

Səxavət Həmid

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR