İqtisadi gündəm
ADİU ilə Yunanıstan universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutunun (QMTTİ) nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olublar.
Yunanıstan nümayəndələri ilə görüşdən məmnunluğunu bildirən ADİU-nun rektoru, professor Ədalət Muradov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Onlara universitetin beynəlxalq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan mütəxəssisləri ilk dəfə olaraq xaricdə kadr hazırlığı prosesinə qoşulur. Həmçinin, Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu ilə ADİU-nun professor-müəllim heyətinin birgə magistr hazırlığı həyata keçirəcəyini də qeyd edib. Rektor universitetin imicinin yaxşılaşdırılması, professor-müəllim heyətinin peşəkarlığının daha da artırılması və dünya təcrübəsinin öyrənilməsi baxımından bu əməkdaşlığın önəmli olduğunu vurğulayıb.
Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutunun prorektoru Siskos Evangelos ADİU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.
Sonra ADİU ilə Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu arasında “Neft və qazın idarə olunması və nəqli” üzrə Magistr proqramına dair beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb.
İmzalanan sənəddə universitetlər arasında tələbə və müəllim mübadiləsi, akademik əməkdaşlıq, təcrübə və informasiya mübadiləsi, konfransların, seminarların keçirilməsinə dair məsələlər öz əksini tapıb. Həmçinin, Avropa qrant layihələri çərçivəsində birgə elmi tədqiqatların aparılması, qarşılıqlı mədəni əlaqələrin artırılması da sənəddə qeyd olunub.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər