İqtisadi gündəm
Ankarada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
Ankarada 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.
Tədbirdə Türkiyədəki səfirliyimizin əməkdaşları, diaspor
nümayəndələrimiz, elm və incəsənət xadimləri, qardaş ölkədə təhsil
alan tələbələrimiz və müxtəlif ictimai birliklərin əməkdaşları
iştirak ediblər.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə,
bayram tədbirində çıxış edən səfirliyin təhsil müşaviri Nəcibə
Nəsibova ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Dünya
Azərbaycanlılarının Həmrəyliyi Gününün təyin olunmasından,
Azərbaycançılıq məfkurəsinin formalaşmasında Ulu Öndərin həyata
keçirdiyi siyasətin əhəmiyyətindən bəhs edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya
azərbaycanlılarına müraciəti tədbir iştirakçılarının diqqətinə
çatdırılıb.
Sonra bir qrup azərbaycanlı tələbəyə səfirliyin təşəkkürnamələri
təqdim olunub.
Azərbaycanlı tələbələr geniş musiqi proqramı ilə çıxış ediblər.
Tədbir ziyafətlə davam etdirilib.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."