Fuad Muradov Münhendən xəbər verir
Bizi izləyin

İqtisadi gündəm

Fuad Muradov Münhendən xəbər verir

“Bu gün Azərbaycanın regionda separatizmə qarşı tədbirlərini daha da gücləndirməsi geosiyasi baxımdan olduqca çox önəmlidir”.

Bu barədə Almaniyanın Münhen şəhərində hazırda da davam edən Təhlükəsizlik Konfransından Axar.az-a ekskluziv açıqlamasında millət vəkili Fuad Muradov məlumat verib. Millət vəkili konfrans çərçivəsində Dağlıq Qarabağ probleminin həllini önə sürdüyünü və bu istiqamətdə bir sıra məsələlərlə bağlı suallara aydınlıq gətirilməsini xüsusilə vurğuladığını bildirib:

“Almaniyanın Münhen şəhərində 51-ci Təhlükəsizlik Konfransı çərçivəsində bir çox önəmli görüşlərimiz olub. Xüsusilə də Avstraliyanın keçmiş Baş naziri Kevin Rudd ilə keçirilən görüşdə çox ciddi məsələlərə toxunduq və çox ciddi müzakirələrimiz oldu. Baş nazirlə müzakirələrimiz zamanı Azərbaycan torpaqlarının işğal altında olmasını bir daha vurğuladım.

Xüsusilə də Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı bir sıra suallara aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırdım. Ən əsası isə regionumuzda separatizmin önlənməsinin Azərbaycan üçün çox vacib olduğunu bildirərək bunun qarşısının alınması ilə bağlı qarşı tərəfin təkliflərini soruşdum. Konfrans hazırda davam edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm