• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Rus ordusunun əsgəri niyə Gümrüdə asıldı?

Rus ordusunun əsgəri niyə Gümrüdə asıldı?

“Bir müddət öncə rus əsgəri Permyakov tərəfindən erməni ailəsinin tam şəkildə qətlə yetirilməsi Ermənistanda rus ordusuna qarşı çox ciddi nifrət doğurub. Bu da istər-istəməz ölkədəki siyasi, ictimai və psixoloji duruma öz təsirini göstərir”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, Ermənistanda, məhz Permyakovun qətiam törətdiyi Gümrüdə asılan Rusiya sərhəd xidmətinin erməni əsilli əsgərinin sözügedən nifrət zəminində qətlə yetirilə biləcəyinin istina olmadığını bildirib: “Bunun arxasında erməni hökumətinin dayanması kimi məqamlara düzü, bir qədər spektik yanaşıram. Görünən odur ki, bu gün Sərkisyan hökumətinə bu, lazım deyil. Buna görə də istisna etmirəm ki, bu olay cəmiyyətdə olan sırf mövcud psixoloji durumun nəticəsidir. O ki qaldı son günlər erməni ordusundakı zorakılıq hallarına, nizam-intizamı olmayan ölkənin hərbisində baş verən belə hadisələr adi bir haldır. Nəzərə alsaq ki, ordu insanların əlində silahı olan bir qurumdur və təbii ki, müəyyən bir mərhələdə də həmin silah işə düşə bilər. Bütün bunlar birbaşa ölkədəki ictimai-siyasi durumla bağlıdır və belə hallarda hətta bəzən kütləvi qətllər qaçılmaz ola bilər”.

Politoloq son günlər üzdə olmayan, ancaq daxildə artan Ermənistan-Rusiya gərginliyinə də toxunub: “Son vaxtlar Ermənistanda Rusiya nifrəti baş alıb getsə də, bu, iki ölkə arasındakı əlaqələrin qırılmasına səbəb ola bilməz. Çünki İrəvan-Moskva arasında müqavilə öhdəliyi var, Ermənistandakı mülkiyyətin böyük bir hissəsi Rusiya şirkətləri tərəfindən özəlləşdirilib, Ermənistanın enerji təchizatı, qaz paylama şəbəkəsi rus şirkətlərinin nəzarətindədir. Buna görə də iki ölkə arasında birdən-birə qırılmalar ola bilməz. Ancaq Rusiyanın zəifləməsi və Qərb tərəfindən sıxışdırılması istənilən halda münasibətlərə təsir göstərərək Moskvanın bir çox müttəfiqlərinin ondan məsafələnməsinə gətirib çıxarıb. Bu, təkcə Ermənistanla deyil, Belarusla olan münasibətlərdə də özünü göstərir. Hətta Qazaxıstan artıq xeyli dərəcədə Rusiya ilə ehtiyatlı davranır, o cümlədən digər dövlətlər. Faktiki olaraq hazırda çətinliyə düşməsi səbəbindən Rusiya müttəfiqliyində və təsirində olan ölkələri itirmə qorxusu yaşayır. Bu da təbiidir, çünki heç kəs zəifin yanında olmaq istəmir”.

Xatırladaq ki, Permyakov olayında sonra son zamanlar Ermənistan ordusunda, xüsusilə də Gümrüdə kütləvi cinayət və narazılıqlar baş alıb gedir. Ən son məlumata görə, bir müddət idi itikin düşmüş Rusiya sərhəd xidmətində muzdlu qulluqçu olan erməni əsilli əsgə dünən Gümrüdə asılmış vəziyyətdə tapılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR