İqtisadi gündəm
XİN: ABŞ Dövlət Departamentinin açıqlamasından təəssüflənirik
"ABŞ Dövlət Departamentinin Rəsul Cəfərovla bağlı açıqlaması yalnız təəccüb doğurur".
Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin aprelin 16-da Azərbaycan ilə əlaqədar açıqlamasına münasibətdə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, Azərbaycanda qanunun aliliyi, fundamental
azadlıqların qorunması və məhkəmə sisteminin müstəqilliyi tam təmin
olunub: "Azərbaycanda heç kim siyasi fəaliyyətinə və baxışlarına
görə təqib olunmur. Azərbaycan Respublikası tərəfindən beynəlxalq
səviyyədə qəbul edilmiş öhdəliklərinə tam şəkildə əməl edilir.
Rəsul Cəfərov vergidən yayınma, mənimsəmə və digər qanuna zidd
əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub və onun bu
əməlləri məhkəmə qaydasında sübuta yetirilib. Qanun qarşısında hamı
bərabərdir və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət heç
kimi qanun qarşısında məsuliyyətdən azad etmir".
Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin qanunun aliliyindən
kənar bu açıqlaması Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi
daşıyır: "Beynəlxalq öhdəlikərin yerinə yetirilməsinə çağırış edən
ABŞ ilk növbədə beynəlxalq hüququn norma və prinsipləri, BMT
nizamnaməsi və Helsinki Yekun Aktına zidd şəkildə Azərbaycanın
ərazilərini işğal edən Ermənistandan öz beynəlxalq öhdəliklərinin
yerinə yetirilməsini və işğal edilmiş Azərbaycan ərazilərindən
qoşunlarını çıxarmasını tələb etməlidir. İşğal və təcavüz
siyasətinin davamı kimi Ermənistan tərəfindən işğal olunmuş
Azərbaycan ərazilərində yenə də təxribatçı hərbi təlimlər keçirilir
və ABŞ tərəfindən heç bir münasibət bildirilmir.
İnsan hüquqlarının müdafiəsi altında fərdi cinayət hallarına belə
maraq göstərən ABŞ-ın Ermənistanın təcavüz və işğalı nəticəsində
fundamental hüquq və azadlıqlarından məhrum olan bir milyondan
artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin də hüquqlarının
bərpasına lazımı diqqət ayırması daha təqdirəlayiq olardı".
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?