Rusiya və Çin arasında dəmir yol körpüsü tikilir
Bizi izləyin

İqtisadi gündəm

Rusiya və Çin arasında dəmir yol körpüsü tikilir

Amur çayı üzərindən Rusiya və Çin sərhədində ilk dəfə olaraq dəmir yol körpüsünün tikintisinə başlanıb. Layihənin dəyəri təxmini olaraq 9 milyard rubldur.

Publika.Az rus mediasına istinadən xəbər verir ki, körpü üzərindən illik olaraq təxminən 21 milyon ton yük daşınması düşünülüb.

Amur çayı boyunca ilk dəmir yolu körpü tikintisi başlayıb. Körpünün birinci mərhələsi təhvil verildikdən sonra burdan ildə 5,2 milyon ton, ikinci mərhələsindən sonra isə illik təxminən 21 milyon ton yük daşınacaq. Körpü üzərindən Çinə dəmir filiz, kömür, gübrələr, meşə məhsulları və digər malların ixracı nəzərdə tutulub. Tikinti haqqında saziş 2013 –cü ilin iyun 20-də imzalanıb.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm