Tanınmış psixoloqun intihar səbəbi bilindi - BORC - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Tanınmış psixoloqun intihar səbəbi bilindi - BORC - (YENİLƏNDİ)

Psixoloqun intiharı ilə bağlı yeni məlumatlar əldə olunub.

Bir gün əvvəl intihar etmiş Dəyanət Rzayev Bədən Tərbiyəsi İnstitutunu qurtarıb .

Haqqın az mənbələrinə istinadən xəbər verir ki, son zamanlar Dəyanət Rzayevin çoxlu borcu olub və o, kreditorlardan gizlənirdi.

Bundan başqa onun ailədə də ciddi problemlər var idi — o, həyat yoldaşı Nüşabə Sovet qızı Rzayevadan boşanmışdı. Son günlərdə isə ailədə münaqişələr ən gərgin həddə çatmışdı və görünür, bu da Dəyanət Rzayevin intiharına gətirib çıxardı.

***

Psixoloqun intiharı ilə bağlı yeni məlumatlar əldə olunub.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, D.Rzayev yataq otağından eyvana çıxan qapının tinində kəmərlə özünü asıb. Hadisə baş vermən mənzildə onun intihardan öncə yazdığı məktub tapılıb.

O, məktubda intiharının səbəbini göstərib.

D.Rzayev yazıb ki, onurğa yırtığının ağrılarına daha dözə bilmir. "Hamınız məni bağışlayın" yazaraq məktubu yekunlaşdırıb.

Verilən məlumata görə, psixoloq ailəsindən ayrıldığı üçün son günlər tək yaşayıb. Belə ehtimal olunur ki, o, dərin depressiyada olub və məhz bu vəziyyət onu intihara məcbur edib. (sputnik)

***

Psixoloq Dəyanət Rzayev intihar edib.

Publika.az xəbər verir ki, o, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə asıb. Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib.

Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə asıb. Faktı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən lent.az-a təsdiqləyiblər.

Şöbədən bildirilib ki, D. Rzayevin cəsədi az əvvəl ora gətirilib.

Azxeber.com-un əldə etdiyi bir digər məlumata görə, psixoloq bu addımı atmazdan öncə öz sosial şəbəkədəki hesablarının hamısını bağlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm