İŞİD üçün döyüşən azərbaycanlıya 10 il CƏZA
Bizi izləyin

Hadisə

İŞİD üçün döyüşən azərbaycanlıya 10 il CƏZA

Ramin Xanmuradova hökm oxunub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Ramin Xanmuradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın “Report"a istinadən veridiyi məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Xanmurafov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, R.Xanmuradov 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm