Lerikdəki qar uçqununda yeganə sağ qalan uşağın SON DURUMU - FOTO
Bizi izləyin

Hadisə

Lerikdəki qar uçqununda yeganə sağ qalan uşağın SON DURUMU - FOTO

Lerik Rayon mərkəzi Xəstəxanasından məlumat verilib.

Lerik rayon Orand kəndində ötən gün baş vermiş qar uçqunu nəticəsində sağ qalmış Elcan Mustafayevin səhhəti normaldır.

Bu barədə Publika.az-a Lerik Rayon mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilib ki, ötən gün uşaq şöbəsinə yerləşdirilən Elcan mütəmadi həkim nəzarətindədir: “Ötən gün gətirilərkən bütün müayinələri aparılıb, daim həkim nəzarətində saxlanılıb. Uşağın səhhətində heç bir problem aşkarlanmayıb, vəziyyəti normaldır. Yəqin ki, 2 gün ərzində evə buraxılacaq”.

Qeyd edək ki, ötən gün Orand kəndində baş vermiş qar yığının evin üstünə düşməsi nəticəsində 4 nəfər- Mustafayeva Şövkət (1961-ci il), Mustafayeva İlahə (1995-ci il), Mustafayev Zəhra Qasım qızı (2015-ci il), Mustafayev Uğur Qasım oğlu (2016-cı il) dünyasını dəyişib. Onlarla bir otaqda olsa da, E.Mustafayev sağ qalıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm