Bakıda hoteldə FACİƏ: 1 ölü, 1 yaralı
Bizi izləyin

Hadisə

Bakıda hoteldə FACİƏ: 1 ölü, 1 yaralı

Bakıda faciəli hadisə baş verib.

Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki hotellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.

Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm