Biləsuvarda zəncirvari qəza
Bizi izləyin

Hadisə

Biləsuvarda zəncirvari qəza

Faktla bağlı araşdırma aparılır.

Biləsuvar rayonunda zəncirvari yol qəzası baş verib.

Publika.az xəbər verir ki, rayon ərazisində avtobus, QAZ – 53 markalı yük maşını və minik avtomobili toqquşub.

İlkin məlumata əsasən, yük maşınında olan 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Biləsuvarda məskunlaşan Cəbrayil rayon sakinləri, hər ikisi 1977-ci təvəllüdlü Ağayev Azər Heydər oğlu və Qafarov Maşallah Məhəmmədəli oğludur.

A.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti nisbətən yüngül olan M.Qafarov travmatologiya şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm