Gəncədə DƏHŞƏTLİ QƏZA: Ana öldü, 4 aylıq körpəsi...
Bizi izləyin

Hadisə

Gəncədə DƏHŞƏTLİ QƏZA: Ana öldü, 4 aylıq körpəsi...

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. 1979-cu il təvəllüdlü Hüseynov Ramin Yusif oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızı və onun 4 aylıq oğlan uşağını vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılıb.

Qeyd edək ki, “Mercedes” qadını və onun uşağını vurduqdan sonra Daewoo markalı avtomobilə çırpılıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm