Ağstafada 5 fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
Bizi izləyin

Hadisə

Ağstafada 5 fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Ağstafanın Dağkəsəmən kəndində vətəndaşlara məxsus 5 fərdi yaşayış evi yanğınsöndürənlər tərəfindən söndürülüb.

Publika.az APA-ya istinadən bildirir ki, 3 ev əşyaları ilə bağlı tamamilə yanıb, 2-nə qismən ziyan dəyib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2, Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 briqadası cəlb edilib.

Əməliyyat zamanı Ağstafa Yanğın Mühafizə Hissəsinin Manqa komandiri Müşfiq Nağıyev xəsarət alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu, həyatına təhlükə olmadığı bildirilir.

***

Ağstafa rayon Dağkəsəmən kəndi ərazisində vətəndaşlara məxsus 5 fərdi yaşayış evi yanır.

Publika.az bildirir ki, hadisə yerinə yanğınsöndürənlər gəlib.

Yanan evlər Əmirov Natiq, İsmayılov Xıdır, Elşad Hüseynov, Elsəvər Məmmədov, Qədməliyev İdrisə məxsusdur. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm