Hadisə
Keçmiş nazir piyadanın ölümünə səbəb olan qəzadan DANIŞDI - (YENİLƏNDİ)
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov onun
iştirakı ilə Xətai rayonunda baş verən yol-nəqliyyat hadisəsindən
danışıb.
O, Publika.az-a açıqlamasında bildirib ki, onun
avtomobilinin yan güzgüsünə dəyib, daha sonra digər avtomobilin
altında qalan piyada yolda qəza vəziyyəti yaradıb: “Piyada rəhmətə
getdi, ona görə bu haqda çox danışmaq istəmirəm. Amma həmin yol 8
zolaqlıdır və üstündən piyada keçidi keçir. Amma piyada avtobusdan
düşəndən sonra yolu qaçaraq keçməyə çalışdı. Polisə ifadə verən
həmin ərazidəki insanlar piyadanın içkili olduğunu deyirdilər”.
T.Züflüqarov əlavə edib ki, polis əməkdaşları ondan şahid qismində
ifadə alıblar.
“Hadisə olan kimi piyadanın ölümünə səbəb olan sürücü də daxil
olmaqla yolda hər kəs dayandı. Polis əməkdaşları yoxlamalar apardı.
Mən sürət həddini keçməmişdim, içkili də deyildim. Mənə heç bir
irad ola bilməz”, - deyə o bildirib.
***
Bakı şəhəri, Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Piyada Uğur Vəliyev naməlum avtomobilin sürücüsü tərəfindən vurulub və o, hadisə yerində ölüb.
Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində piyadanın əvvəlcə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulduğu, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi “Ford” markalı yük maşınının keçdiyi məlum olub.
Polis faktla bağlı araşdırma aparır.
Məsələ ilə bağlı T.Zülfüqarovdan münasibət öyrənmək mümkün olmayıb. (report)
Asif Nərimanlı
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?